"İranın molla rejimi öz əsl simasını – riyakarlığını və nankorluğunu Naxçıvanda mülki əhalinin istifadə etdiyi hava limanına raket atmaqla bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Aliyev İranın Ali Liderinin vəfatı ilə əlaqədar ölkəmizdəki səfirliyi ziyarət edərək başsağlığı vermişdi. Bu addım Prezidentin ölkəmizin humanist və diplomatik mövqeyini nümayiş etdirdiyini göstərdi".
QHT.az xəbər verir ki, bu sözləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva isə bildirib. Onun sözlərinə görə, Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb və heç bir ölkənin təhlükəsizliyi üçün təhlükə mənbəyi olmayıb. Ölkəmiz sülhsevər, dostluq və əməkdaşlığın tərəfdarıdır. Dövlət başçısı beynəlxalq tribunalarda çıxışlarında daim dünya ölkələrini sülhə və qarşılıqlı əməkdaşlığa çağırıb. İranın molla rejimindən fərqli olaraq Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, əksinə hər zaman qonşularının çətin günündə onların yanında olub və yardımını əsirgəməyib:
"Azərbaycan Second Nagorno-Karabakh War zamanı dostunu və düşmənini yaxşı tanıdı. Bu gün Naxçıvana raket ataraq mülki əhalini təşvişə salmaq isə sadəcə qorxaqlıq və acizlik əlamətidir. Azərbaycan tarix boyu ölkəmizə qarşı riyakar mövqe tutanların sonda peşman olduğunu sübut edib və İran da bu hərəkətinə görə peşman olacaq".
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova bildirib ki, Azərbaycana hücum edənlər tarix boyu peşman olublar və İran da bu qorxaq addımına görə peşman olacaq. İran tərəfinin Naxçıvan ərazisində mülki obyekt – vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması beynəlxalq hüququn əsas prinsiplərinə zidd addım kimi qiymətləndirilməlidir:
"Mülki hava limanı insanların təhlükəsiz hərəkətini və sosial-iqtisadi əlaqələri təmin edən vacib infrastrukturdur. Belə obyektin hədəf alınması dinc əhaliyə qarşı açıq təhlükə yaradır və mülki obyektlərin qorunması prinsipinin pozulması deməkdir. Bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir. Naxçıvanın hədəf alınması təkcə lokal hadisə deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyə risk yaradır. Belə hallarda beynəlxalq ictimaiyyətin operativ reaksiya verməsi və mülki infrastruktura qarşı hücumların qəti şəkildə pislənməsi vacibdir".
Əlil Təşkilatları İttifaqının (ƏTİ) rəhbəri Davud Rəhimli bildirib ki, İranın Naxçıvanın mülki aeroportuna dronlarla hücum etməsi molla rejiminin riyakar və ikiüzlü siyasətinin növbəti təzahürü oldu. Bu hadisə bir daha göstərdi ki, regionda sabitlik və əməkdaşlıqdan danışan bu rejim əslində tam fərqli davranış sərgiləyir:
"Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb, Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Azərbaycan Prezidenti İranın Ali dini liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Bununla kifayətlənməyərək Azərbaycan mehriban qonşuluq prinsiplərinə sadiq qalaraq heç vaxt öz ərazisinin heç bir ölkəyə qarşı təhdid kimi istifadəsinə icazə verməyib, eyni zamanda çətin anlarda qonşularını daim dəstəkləyir və İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Rejim blməlidir ki, Azərbaycan xalqı öz dövlətinin yanındadır və bu birliyi heç kim və hər hansı riyakar qüvvələr qıra bilməz".






