Danimarkanın dəniz daşımaları və logistika şirkəti Maersk İrandakı müharibə fonunda Fars körfəzi ölkələri üçün bəzi yüklərin qəbulunu dayandırıb. Qərar 2 mart tarixli risk qiymətləndirməsindən sonra verilib.
QHT.az xəbər verir ki, şirkətin açıqlamasına görə, BƏƏ, Oman, İraq, Küveyt, Qətər, İordaniya, Bəhreyn və Səudiyyə Ərəbistanına soyuducu, təhlükəli və xüsusi yüklərin qəbulu növbəti xəbərdarlığa qədər dayandırılıb. Bundan əlavə, Fars körfəzi ölkələri ilə Hindistan, Pakistan, Banqladeş və Şri-Lanka arasında yeni sifarişlər də qəbul edilmir. Yalnız Səudiyyə Ərəbistanının Dammam və Cübeyl limanları istisna təşkil edir.
Qərar regionda gərginliyin artması və xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin yüksəlməsi ilə əlaqələndirilir. Bu boğaz dünya neft tədarükünün təxminən 20%-nin daşındığı əsas marşrut hesab olunur.
R.İmanov






