İsrail Ali Məhkəməsi hökumətin Qəzza və işğal olunmuş Qərb Sahilində fəaliyyət göstərən 37 beynəlxalq yardım təşkilatının işini dayandırmaq qərarını müvəqqəti olaraq bloklayıb.
QHT.az Reuters-a istinadən xəbər verir ki, İsrail 2025-ci ilin dekabrında “Médecins Sans Frontières” və Norveç Qaçqınlar Şurası da daxil olmaqla 37 beynəlxalq təşkilata 60 gün ərzində yeni qaydaları qəbul etmədikləri təqdirdə fəaliyyətlərini dayandırmaq göstərişi verib. Yeni qaydalara əsasən, QHT-lər Fələstin işçilərinin adlarını açıqlamalıdırlar.
Buna qarşı 17 QHT və Association of International Development Agencies (AIDA) İsrail Ali Məhkəməsinə müraciət edərək qərarın dərhal dayandırılmasını istəyiblər. Onlar bu qərarın humanitar fəlakət yaradacağını xəbərdarlıq ediblər. Ali Məhkəmə isə müvəqqəti qərar verərək QHT-lərin fəaliyyətlərinin əksəriyyətini davam etdirməsinə icazə verib.
QHT-lər bildirirlər ki, işçilərin adlarının açıqlanması onların təhlükəsizliyi üçün risk yarada bilər, çünki Qəzza müharibəsi zamanı yüzlərlə yardım işçisi həlak olub və yaralanıb. İsrail isə qeyd edir ki, bu qeydiyyatlar yardımların silahlı Fələstin qrupları tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün nəzərdə tutulub, lakin QHT-lər bu iddianı təkzib edirlər.
AIDA-nın icraçı direktoru Athena Rayburn deyib ki, hələ gözləyirlər ki, müvəqqəti qərar dövlət tərəfindən necə tətbiq olunacaq və bu qərar onların fəaliyyət imkanlarını artıracaqmı. Hazırda Qəzzadakı vəziyyət isə “katastrofik” olaraq qiymətləndirilir.
Hökumət rəsmiləri isə məsələyə dərhal şərh verməyib.
Zəhra Ağayeva






