Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində " Onlayn platformaların incəlikləri " mövzusunda onlayn təlim keçirilib. Təlimdə 30-a yaxın QHT nümayəndəsi və dövlət orqanlarının əməkdaşları iştirak edib.
QHT.az xəbər verir ki, təlimçi Zoom, Webex, Teams ve sair onlayn platformaların müxtəlif funksiyaları barədə geniş məlumat verib. İştirakçılara onlayn qiymətləndirmənin aparılması, onlayn səs vermənin keçirilməsi, onlayn işçi qruplarının yaradılması və tərcümənin təşkili barədə faydalı məlumatlar çatdırılıb.
İştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb, təlimin sonunda qiymətləndirmə aparılmış və iştirakçılara sertifikat təqdim edilmişdir.












