ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə hazırlanan Vətəndaş Cəmiyyəti Təşkilatının Davamlılıq İndeksi (CSOSI) adlı hesabatın tərtib olunması üçün elektron sorğu keçirilir.
QHT.az xəbər verir ki, davamlılıq İndeksi hər il 73 ölkədə vətəndaş cəmiyyəti sektorunun dayanıqlığını yeddi ölçü üzrə qiymətləndirir:
1. hüquqi mühit
2. təşkilatçılıq qabiliyyəti
3. maliyyə davamlılığı
4. ictimai vəkillik
5. xidmət təminatı
6. sektor infrastrukturu
7. ictimai imic.
QHT nümayəndələrindən xahiş olunur ki, sorğu anketini vətəndaş cəmiyyəti sektorundakı 2019-cu il üçün inkişaf və meyllər barədə biliklərinizə əsasən doldurun. Təcrübə və ya məlumatınız olmayan hər hansı bir hissəni boş saxlaya bilərsiniz.
Sizin təqdim etdiyiniz məlumatlar yalnız İndeks məqsədi ilə istifadə ediləcək və hesabatda adlarınız qeyd edilməyəcəkdir. Sorğu anonimdir, lakin istəsəniz adınızı və emailinizi daxil edə bilərsiniz.
Sorğu 20 fevral 2020-ci il tarixinə kimi aktiv olacaq
Sorğuda iştiak etmək üçün aşağıdakı linkə daxilolmanız xahiş olunur.
https://www.surveymonkey.com/r/58NPVNV












