Bu əməyimi, fəaliyyətimi dəyərləndirdiyi və qiymətləndirdiyi üçün cənab Prezidentimizə təşəkkür edirəm.

 

Prezident İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

 

Xəbər verdiyimiz kimi mükafatlandırılanlar sırasında "Əngəlsiz Düşüncə" sosial inkişafa yardım ictimai birliyi rəhbəri Mətanət Qüdsi (Quliyeva Mətanət Elşən qızı) də var.

 

QHT sektoru və ictimai fəallar Mətanət xanımı sosial şəbəkə vasitəsi ilə təbrik ediblər. 

 

Təşkilat rəhbəri mükaflandırmaya görə, ölkə başçısına, təbriklərə görə isə həmkarlarına və dostlarına təşəkkür edib. 

 

Mətanət Qüdsi eyni zamanda bununla bağlı duyğusal status da paylaşıb:   

 

“Onu deyim ki, hal-hazırda xəstəxanada müalicə alıram. Ruhən və mənən belə bir xəbərə, məlhəmə, həqiqətən çox böyük ehtiyacım var idi. Əlbəttə ki, çox sevincli və qürurluyam. Beynimdə o fikir dolaşır ki, həqiqətən Yaradan çox ədalətlidir. Müəyyən insanlar sənin çəkdiyin əziyyətləri görə bilər. Lakin elə əziyyətlər və çəkdiyin ağrı-acı var ki, onu yalnız sən və səni yaradan bilir. Bax bu mükafat mənim o əziyyətlərimin bəhrəsidir deyə düşünürəm. Mənə elə gəlir ki, gördüyün işin mahiyyəti ilə yanaşı, o işi necə görməyin də önəmlidir. Mən bu yollarda hər biri ayrı bir məhdudiyyət olan fiziki, sosial, maddi, mənəvi, psixoloji əngəlləri aşaraq gəlmişəm! Bu əməyimi, fəaliyyətimi dəyərləndirdiyi və qiymətləndirdiyi üçün cənab Prezidentimizə təşəkkür edirəm. Azərbaycan gəncinin içindən seçilib cənab Prezidentimizin sərəncamı ilə bu mükafata layiq görülmək, mənim üçün çox qürurvericidir.