2009-cu ildә qәbul edilmiş “Cinayәt yolu ilә әldә edilmiş pul vәsaitlәrinin vә ya digәr әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında” Qanun qeyri hökumәt tәşkilatları, o cümlәdәn xarici qeyri-hökumәt tәşkilatlarının filial vә ya nümayәndәliklәri üçün bir sıra öhdәliklәr yaratmışdır.

 

Metodik vəsait ABŞ İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsinin dəstəyi ilə MG Consulting tərəfindən Azәrbaycan Respublikası Әdliyyә Nazirliyinin Hüquqi Şәxslәr vә Vәtәndaşlıq Vәziyyәti İdarәsinin iştirakı ilә hazırlanmışdır.

 

 Metodiki vəsaitdə aşağıdakı məsələlər əhatə olunur:

 

1. Mәsul şәxsin tәyin edilmәsi barәdә Әmr;

 

2. Daxili auditorun tәyin edilmәsi barәdә Әmr;

 

3. Daxili qayda vә prosedurların tәsdiq edilmәsinә dair Әmr;

 

4. Mәlumatların sәnәdlәşdirilmәsi vә mәxfiliyin tәmin edilmәsi Qaydaları;

 

5. İşә qәbul vә işçilәrin yoxlanması qaydaları;

 

6. Müştәrinin vә benefisiarın eynilәşdirilmәsi vә verifikasiyası üzrә daxili qayda vә prosedurlar;

 

7. Monitorinq olunmalı әmәliyyatların aşkarlanması meyarları (indikatorlar);

 

8. Şübhәli әmәliyyatların aşkarlanması, qarşısının alınması vә mәlumatların Maliyyә Monitorinqi Xidmәtinә tәqdim olunması üzrә Qaydalar;

 

9. QHT tәrәfindәn daxili nәzarәt sistemlәrinin hazırlanması ilә bağlı tәlәblәrin icrasına dair Yoxlama Vәrәqi;

 

10. Әdliyyә Nazirliyi Kollegiyasının 31 oktyabr 2014-cü il tarixli 10-N nömrәli Qәrarı