QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova AXC TV-də çıxışı zamanı qeyd edib ki, “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəyə 200-dən çox layihə təqdim olunub.
 
Bildiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan etmişdir.
Layihələrin qəbulu 7 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixinə qədər həyata keçirib.
 
QHT Agentliyi hər layihə üçün qrant məbləği olaraq maksimum 50 000 manat müəyyən edmişdir.
 
Əldə etdiyimiz məlumata görə layihələrin seleksiya mərhələsi yekunlaşıb və QHT-lər öz layihələrini təqdim etmək üçün Agentliyə dəvət olunurlar.