04.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində növbəti iclas keçirilib.
QHT.az xəbər verir ki, iclasda Qərbi Azərbaycan İcması İdarə heyətinin üzvü,Keşkənd icmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,professor Mahirə Hüseynova ,Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova, mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədov və Bakı Dövlət Universiteti-nin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi Leyla Xəlilova iştirak ediblər.
İclas zamanı Qərbi Azərbaycan irsinin gənclər siyasətində təbliği, multikulturalizm dəyərlərinin təşviqi, tarixi yaddaşın qorunması və gənclərin bu istiqamətdə fəallığının artırılması kimi mühüm məsələlər müzakirə olunub. Eyni zamanda ali təhsil müəssisələrində,orta məktəblərdə Qərbi Azərbaycanla bağlı maarifləndirmə işinin əhəmiyyəti barədə danışılıb. Qeyd edilib ki, gənclərin bu sahəyə cəlb olunması həm elmi, həm də ictimai baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu istiqamətdə elmi-tədqiqat fəaliyyətini genişləndirməklə yanaşı, gənclər arasında maarifləndirmə işlərinin aparılmasına da töhfə verir. Vurğulanıb ki, bu cür görüşlər gələcək layihələrin, təşəbbüslərin və əməkdaşlıq imkanlarının inkişafı üçün mühüm zəmin yaradır.
İclasın sonunda Leyla Xəlilova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə ictimai əsaslarla mətbuat üzrə məsul şəxs təyin edilib. Leyla Xəlilovaya yeni vəzifəsində uğurlar və peşəkar fəaliyyət arzulayırıq.
Zəhra Ağayeva






