“Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin iştirakçıları "Qarabağ" Futbol Klubunun bazasında olub.

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az-a verilən məlumata görə, onların və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin iştirakçıları olan Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladları Qarabağ Futbol Klubunun bazasını ziyarət ediblər.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşən gənc düşərgə iştirakçıları onlarla əyləncəli zaman keçirib və xatirə şəkilləri çəkdiriblər.

 

Pərvanə Fərhadqızı