Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olub.
QHT.az xəbər verir ki, qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdıb. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partladılmasını həyata keçirən qrupun üzvü olub. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Rüstəmov Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olub. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası alıb, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Rüstəmov Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










