Qarabağ savaşının qaziləri ilə görüşdə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə edilən tarixi zəfər xüsusi vurğulandı və qəhrəman qazilərimiz öz təəssüratlarını bölüşüblər.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. O, qeyd edib ki, Füzuli qazilərinin sayına görə seçilən rayonlarımızdandır: "Görüşdə qazilərimizi maraqlandıran məsələlər dinlənildi və uyğun dövlət qurumları ilə müzakirələrin davam etdirilməsi razılaşdırıldı. Cəmiyyətin sədri Nərman Əliyev Ali Baş Komandanın qazilərə xüsusi diqqətinin olduğunu deyərək qaziləri maraqlandıran bir sıra məsələlər barədə fikirlərini bölüşdü. Bəzi qazilərimizin mənzil təminatının daha qısa zamanda həll edilməsi üçün uyğun dövlət qurumlarına rəsmi sorğuların göndərilməsi razılaşdırıldı".
Pərvanə Fərhadqızı










