Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Qeyd edək ki, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.