Bakıda sexdə yanğın olub.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

 

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

 

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.