Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

QHT.az xəbər verir ki, bu barədə məlumaat verən "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş bir qrup hərbi qulluqçunun ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilməsi barədə Sərəncam imzalayıb:

"Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB olaraq, eləcə də şəhid ailələri adından cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir. Bu döyüşlər bir daha sübut etdi ki, Vətən uğrunda canından keçməyə hazır olan igid oğullarımızın əzmi, xalqımızın birliyi və dövlətimizin qüdrəti sarsılmazdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı bu sərəncam şəhidlərimizin xatirəsinə göstərilən ali ehtiramın bariz nümunəsidir. Dövlətimizin başçısının şəhid ailələrinə və qazilərə diqqət və qayğısı xalqımız tərəfindən böyük razılıqla qarşılanır".

QHT sədri vurğulayıb ki, Şəhid ailələri və Şəhid anası olaraq cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk:

"Bu sərəncam yalnız igid oğullarımızın qəhrəmanlığının təqdir olunması deyil, həm də onların ruhuna olan böyük ehtiramın, vətənpərvərlik ideallarının gələcək nəsillərə ötürülməsinin ifadəsidir. Qoy şəhidlərimizin ruhu şad, Vətənimiz əbədi azad və qüdrətli olsun!

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Müzəffər Ali Baş Komandana!"