ABŞ-nin Prezidentin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Yardım Proqramının (PEPFAR) icraçı tərəfdaşları arasında aparılan genişmiqyaslı sorğu proqramın son dövrdə ciddi dəyişikliklərlə üzləşdiyini göstərib.

QHT.az xarici mediaya istinadən bildirir ki, sorğuda iştirak edən təşkilatların yarıdan çoxunun ən azı bir maliyyə müqaviləsi ləğv edilib. Respondentlərin 80 faizdən çoxu isə maliyyələşməni davam etdirmək üçün ABŞ-ın yeni siyasətlərinə, o cümlədən müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarının məhdudlaşdırılması və “Mexico City Policy”nin genişləndirilməsi tələblərinə uyğun işləməyə məcbur olduqlarını bildirib.

Araşdırmaya görə, təşkilatların azı 3 faizi fəaliyyətini tamamilə dayandırıb. Sorğu 46 ölkədə fəaliyyət göstərən 166 PEPFAR icraçı tərəfdaşını əhatə edib və nəticələr 26-cı Beynəlxalq QİÇS Konfransı ərəfəsində açıqlanıb.