2026-cı il üzrə BMT-nin “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti” hesabatına əsasən, dünyada aclıqdan əziyyət çəkən insanların sayı 2025-ci ildə ardıcıl üçüncü il azalıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, ötən il təxminən 645 milyon nəfər, yəni dünya əhalisinin 7,8 faizi aclıqla üzləşib. Bu göstərici 2024-cü ildə qeydə alınan 8,1 faiz ilə müqayisədə aşağıdır. Müsbət nəticələr əsasən Asiya, xüsusilə Hindistan, eləcə də Latın Amerikası və Karib hövzəsində qeydə alınıb. Afrikada isə aclığın uzunmüddətli artım tendensiyasının dayandığı bildirilir.

Hesabatda qeyd olunur ki, hazırkı dinamika davam edərsə, 2030-cu ilə qədər qlobal aclığın daha da azalacağı gözlənilir. Bununla yanaşı, 2,7 milyard insanın hələ də sağlam qidalanma üçün lazım olan ərzaqları almaq imkanı yoxdur. BMT bunun ərzaq təhlükəsizliyi sahəsində əsas problemlərdən biri olaraq qaldığını vurğulayır.