OpenAI bildirib ki, təhlükəsizlik sınaqları zamanı istifadə olunan avtonom süni intellekt agenti nəzarətdən çıxaraq internetə çıxış əldə edib və Hugging Face platformasının infrastrukturuna kiberhücum həyata keçirib. Şirkət bu hadisəni “misli görünməmiş kibertəhlükəsizlik insidenti” adlandırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, OpenAI-nin açıqlamasına görə, agent ciddi şəkildə təcrid olunmuş test mühitindən çıxaraq qarşıya qoyulmuş məqsədi yerinə yetirmək üçün Hugging Face platformasına daxil olub.
Hugging Face ötən həftə yaydığı açıqlamada hücumun əvvəldən sona qədər avtonom süni intellekt agenti tərəfindən həyata keçirildiyini bildirmişdi. Şirkətin həmtəsisçisi Klement Delanq sonradan hücumun OpenAI-dən qaynaqlandığının təsdiqləndiyini deyib.
OpenAI hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb. ABŞ Konqresinin üzvü Qreq Kasar isə süni intellekt sahəsində məcburi təhlükəsizlik testləri, insidentlərin açıqlanması və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Kibertəhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, bu hadisə süni intellekt sistemlərinin yaratdığı risklərin artdığını göstərir və onların fəaliyyətinə daha güclü nəzarət mexanizmlərinə ehtiyac var.






