Yaponiyada fiziki süni intellekt və robotlar üçün əsas model hazırlayan dövlət dəstəkli Noetra şirkətinin baş direktoru Hironobu Tamba bildirib ki, bu layihə ölkənin texnoloji müstəqilliyini gücləndirmək baxımından Yaponiya üçün “son şans” ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, layihə ilk il üçün Yaponiya hökumətindən 380 milyard yendən (təxminən 2,33 milyard ABŞ dolları) çox maliyyə dəstəyi alıb. Noetra-ya SoftBank, Honda, Sony və digər iri şirkətlər daxil olmaqla 44 şirkət dəstək verir.

Şirkət 27 min 500 ədəd Nvidia Rubin çipi alacaq, süni intellekt infrastrukturunun tikintisinə 2027-ci ildə başlayacaq və sistemin 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Tamba bildirib ki, layihə Yaponiya şirkətlərinə məlumatlarını təhlükəsiz şəkildə idarə etməyə imkan verəcək. Yaponiya hökuməti isə 2040-cı ilə qədər istehsal, gəmiqayırma və səhiyyə kimi sahələrdə 10 milyon süni intellektlə təchiz edilmiş robotun istifadəsini hədəfləyir.