Özbəkistan QHT-ləri Milli Assosiasiyası tərəfindən qeyri-hökumət təşkilatlarının potensialının artırılmasına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, tədbirdə Almaniyanın “KUNA e. V.” Assosiasiyasının sədri Natalya Noymann və yerli QHT-lərin nümayəndələri iştirak ediblər.

Dəyirmi masa zamanı Natalya Noymann Almaniyada vətəndaş cəmiyyətinin hüquqi formaları, idarəetmə və vergi modelləri, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı, eləcə də dayanıqlı inkişaf sahəsindəki təcrübə haqqında məlumat verib.

Görüşdə iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda Özbəkistan QHT-ləri Milli Assosiasiyası ilə Almaniyanın “KUNA e. V.” Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.