Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Tom Fletcher bildirib ki, ABŞ-nin humanitar yardımı müəyyən şərtlərlə təqdim edilərsə, o bu vəsaiti qəbul etməyəcək. Söhbət Tramp administrasiyasının genişləndirilmiş “Mexico City Policy” adlı qaydasından gedir. Bu qayda yardım alan təşkilatların abort, gender kimliyi və müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) ilə bağlı proqramlara dəstək verməsini məhdudlaşdırır. Belə şərtlər milyonlarla insanın həyatını xilas edə biləcək yardımların qəbulunu çətinləşdirir və hazırda o, bu şərtlərlə ayrılan maliyyəni qəbul etməyə hazır deyil.

QHT.az xarici mediaya istinadən bildirir ki, Fletcher bu fikirləri Londondakı Chatham House siyasət institutunda çıxışı zamanı səsləndirib. O, son aylarda ABŞ-nin humanitar yardımlar sahəsində etdiyi ixtisarlardan yaranan ciddi maliyyə boşluğunu doldurmağa çalışdıqlarını da vurğulayıb. Buna baxmayaraq, o, təşkilatın prinsip və mövqelərini qorumağın vacibliyini qeyd edərək, şərtli maliyyənin qəbul edilməsinin humanitar missiyaya zidd ola biləcəyini bildirib.