NGO Federation of Nepal BMT-nin baş katibinə müraciət edərək “İqlim Fövqəladə Vəziyyəti üzrə BMT Onilliyi” elan edilməsini istəyib.

QHT.az xarici mediaya istinadən bildirir ki, federasiya 6 700-dən çox qeyri-hökumət təşkilatını təmsil etdiyini bildirib. Müraciətdə iqlim böhranının uzunmüddətli nəticələrinə qarşı beynəlxalq səviyyədə daha koordinasiyalı tədbirlərin görülməsi tələb olunur.