Siqaret istifadəsi ilə yanaşı, hava çirkliliyi və qlobal istiləşmə də ağciyər xərçənginin yaranmasına təsir edən amillər sırasında göstərilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Türkiyə Toraks Dərnəyinin sədri, professor Çağlar Çuhadaroğlu bildirib ki, son illərdə ağciyər xəstəliklərinin müxtəlif formalarında artım müşahidə olunur. Onun sözlərinə görə, astma, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH), allergiyalar, ağciyər xərçəngi və damar tıxanıqlığı kimi xəstəliklər bu sahənin əsas problemlərindəndir. Bu xəstəliklər zamanı ən çox rast gəlinən şikayətlər öskürək, nəfəs darlığı və döş qəfəsində ağrıdır.

Çuhadaroğlu qeyd edib ki, dərnək tərəfindən ölkədə ağciyər xərçənginin yayılma tezliyi və müalicəyə yanaşmaları araşdıran genişmiqyaslı “xərçəng xəritəsi” hazırlanıb. Araşdırmada siqaret istifadəsinin əsas risk faktorlarından biri olaraq qalması ilə yanaşı, hava çirkliliyi və qlobal istiləşmənin də xəstəliyin artmasına təsir göstərə biləcəyi vurğulanıb.

Mütəxəssis elektron siqaret istifadəsinin genişlənməsinə və uşaqların tütün məhsullarının təsirinə daha çox məruz qalmasına da diqqət çəkib. Onun sözlərinə görə, bu amillər ağciyər xəstəliklərinin artmasına səbəb olan risklər arasında qiymətləndirilir.