Amnesty International daxil olmaqla 21 vətəndaş cəmiyyəti təşkilatı BMT-nin Venesuela üzrə Faktaraşdırıcı Missiyasının mandatının yenilənməsinə çağırış edib.

Birgə bəyanatda missiyanın ən azı 2028-ci ilə qədər fəaliyyətini davam etdirməsinin vacibliyi vurğulanıb. Təşkilatlar missiyanın Venesueladakı insan hüquqları vəziyyətinin beynəlxalq səviyyədə araşdırılması baxımından rolunu qeyd ediblər. Bəyanat 21 sentyabrda yayımlanıb.