13 noyabr 2021-ci il Okuklu Holdinq- Hanlı Restoranda "17 Noyabr Milli Dirçəliş günü" münasibətilə "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin konsert tədbiri keçirildi.

Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Vəfa Sosial Problemlərin Həllinə Dəstək" İB-nin sədri Fatimə Hacıbəyli, Asiya Fakt İnformasiya Agentliyinin direktoru Şəfayət Əliyev, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə Dövlət himni səsləndirildi, daha sonra şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi.

 

Çıxış edən qonaqlar 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığın vurğulayıb. Bildiriblər ki, Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının meydanlarda öz haqq səsini, azadlıq səsini ucaltdığı 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd edilməkdədir.

 

Sonra Ölkənin ictimai siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərmanlar təqdim olundu.

Tədbir "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin üzvlərinin konsert proqramı ilə davam etdirildi. Sonda xatirə şəkli çəkdirildi