Bu gün Mətbuat Şurasında "Tiktok"da fəal olan və xəbər yayımı həyata keçirən jurnalistlərlə görüş keçirilib.

Görüşdə sosial şəbəkələrdə fəal olan jurnalistlərin təklifləri dinlənilib, onların səsləndirdiyi fikirlər, problemlər yaxın zamanda "Tiktok"un baş ofisinə çatdıracaq.

QHT.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid  bu görüşün baş tutması təklifini müsbət qarşılayıb.  

Sosial şəbəkələrin mənfi tərəfləri olduğu kimi onun müsbət tərəfləri də var. Düzgün şəkildə istifadə edilərsə zəruri məlumat almaq olar. Sosial şəbəkələrdən xeyir və ya ziyan görməyimiz özümüzdən asılıdır.

 

Pərvanə Fərhadqızı