“Xərçəngdən əziyyət çəkən bir uşağın Heydər Əliyev Fondunun vasitəsilə Türkiyədə müalicəsinə nail olmuşuq. Uzun müddət müalicəsinə baxmayaraq, hal –hazırda uşaq çox şükür sağlamdır”.
Bu sözləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az –a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, sosial problemlərin həll olunması, erkən nigahın qarşısının alınması, qadın və uşaqların fiziki zorakılığa məruz qalmamağı, pis vərdişlərdən hər kəsin uzaq olmasına nail olmaq məqsədləridir: “Bu gün də həm maarifləndirmə işləri görürük, aztəminatlı ailələrə həm mənəvi, həm də maddi dəstək olmağa çalışırıq. Təşkilatımızın nəzdində 20- dən çox ailə var ki, hansı ki o ailələrlə biz mütəmadı əlaqə saxlayırıq. Bunlar aztəminatlı ailələrdir. Bayramlarda mütləq onları ziyarət edirik, onlara maddi və mənəvi dəstək oluruq. İlin bütün günlərində onlar mənimlə əlaqə saxlayır, problemlərini bildirir. Biz isə həll etməyə çalışırıq”.
Qeyd edək ki, təşkilat sosial və ictimai sahələrdə nizamnaməyə uyğun olaraq sosial problemlərlə məşğuldur və cəmiyyətdə olan sosial işlərə dəstək olmağa çalışır. Təşkilat sədri Fatimə Hacıbəyli TV verlişlərdə sosial ekspert kimi iştirak edir, oradan müraciət edən ailələrə bacardığı qədər dəstək olmağa çalışır.
Pərvanə Fərhadqızı












