Mediasiya Şurası mediatorları tərəfindən Bakı Ali Neft Məktəbi tələbələri üçün "Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik?” mövzusunda maarifləndirici seminar keçirilib.
QHT. az Yenilik.az -a istinadən xəbər verir ki, görüşdə Mediasiya Şurasının üzvləri, mediator – təlimçilər Alidə Mahmudova, Günel İsmayılbəyli, Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti iştirak edib.
Görüş zamanı mediasiya haqqında məlumat yerli və beynəlxalq təcrübədən, pedoqoji fəaliyyətdə mediator texnikalarından istifadə barədə danışılıb və müzakirələr aparılıb. Daha sonra mediasiya sessiyasının əyani şəkildə təsviri üçün universitet tələbələrinin də iştirakçısı olduğu simulyasiya həyata keçirilmişdir.
Sonda mediator – təlimçilər tərəfindən tələbələrin sualları cavablandırılıb.












