Masallılı rəssamın əsəri mükafata layiq görülüb

Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov YAP Yasamal rayon təşkilatı və Abşeron Gənclərin İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və Bakı Kitab Mərkəzinin dəstəyi və Azerbaijanartist sosial media platformasının təşkilatçılığı ilə “Baku Book Center”də  2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş sərgilərdə iştirak edib.
“Gələcək bizimlə gələcək” adlı, respublikanın müxtəlif bölgələrindən 125 rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə “Heydər Əliyev” portreti ilə iştirak edən Təhmasib Məcidov diplom və medalla mükafatlandırılıb.
Qeyd edək ki, bu günlərdə 32 həvəskar və peşəkar gənc rəssamın əsərləri nümayiş olunan “Axın” adlı sərgidə masallılı rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi “Sünbül” əsəri nümayiş olunub.
    
Akif AĞAYEV