İsrail cümə günü bildirib ki, Fələstinin Beynəlxalq Ədalət Məhkəməsini onilliklərdir davam edən münaqişəyə cəlb etmək istəyinə cavab olaraq cavab addımları atacaq.

QHT.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun sağçı təhlükəsizlik kabineti tərəfindən qərara alınan tədbirlər arasında Fələstinli silahlıların hücumlarının qurbanlarına təzminat ödəmək üçün Fələstin pulunun istifadəsi və İsrailin işğalı altında olan İordan çayının qərb sahilinin bəzi ərazilərində Fələstin tikintilərinə moratorium qoyulması daxildir.

Netanyahunun ofisi bildirib ki, bu, “Fələstin Administrasiyasının İsrail dövlətinə qarşı siyasi və hüquqi müharibə aparmaq qərarına cavabdır”.

Keçən həftə fələstinlilərin müraciətindən sonra BMT Baş Assambleyası Haaqada yerləşən Dünya Məhkəməsindən İsrailin Fələstin ərazilərini 55 illik işğalının hüquqi nəticələri ilə bağlı rəy verməsini istəyib.