Apple-ın gələcək iPhone 18 Pro Max modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Çindən yayılan batareya görüntüləri smartfonun tutumu barədə ilkin məlumatları üzə çıxarıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, sızdırılan görüntülərə əsasən, iPhone 18 Pro Max-ın fiziki SIM kart dəstəyi olan versiyası 5391 mAh batareyaya sahib olacaq.
İddialara görə, yalnız eSIM dəstəyi təqdim edən modeldə isə daha böyük — 5567 mAh tutumlu batareyadan istifadə ediləcək.
Mənbə iPhone 18 Pro modelinin batareya tutumu ilə bağlı da məlumat yayıb. Buna əsasən, eSIM versiyasının 4288 mAh, fiziki SIM kartlı versiyanın isə 4056 mAh batareyaya sahib olacağı gözlənilir.
Beləliklə, iPhone 18 Pro-da batareya tutumunun əvvəlki nəsillə müqayisədə cüzi artacağı bildirilir. iPhone 18 Pro Max-da isə artımın 9-12 faiz civarında olacağı iddia edilir.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi olaraq Apple tərəfindən təsdiqlənməyib.






