Yeni araşdırmalar göstərib ki, sosial medianın gündəlik həyata daha çox daxil olması tələbələr arasında stress, narahatlıq və depressiya əlamətlərinin artması ilə əlaqəlidir. Araşdırmada tələbələrin sosial mediadan istifadə tezliyi və bunun onların psixi sağlamlığına təsiri araşdırılıb. 

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar bildirirlər ki, sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanların gündəlik həyatının mühüm hissəsinə çevrilib. Buna görə də platformalarda keçirilən vaxtın artması ilə yanaşı, sosial müqayisə, onlayn təzyiq və davamlı bildirişlər kimi amillər də psixoloji rifaha təsir göstərə bilər.

Mütəxəssislər qeyd edirlər ki, sosial medianın təsiri hər insanda eyni deyil. Əsas məsələ yalnız platformalarda keçirilən vaxt deyil, ondan necə və hansı məqsədlə istifadə edilməsidir. Araşdırma nəticələrinin xüsusilə gənclərin rəqəmsal rifahının qorunması üçün əhəmiyyətli olduğu vurğulanır.

Piranə Xasiyeva