ABŞ Dövlət Departamenti qlobal səhiyyə və humanitar yardım göstərən dini və icma əsaslı təşkilatlarla təxminən 2 milyard dollar dəyərində əməkdaşlıq elan edib. Bu, son 20 ildən çox müddətdə dini təşkilatlara qlobal səhiyyə yardımı üçün ayrılan ən böyük maliyyə hesab olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, maliyyə beynəlxalq və yerli dini təşkilatlardan ibarət geniş tərəfdaş şəbəkəsinə təqdim ediləcək. Tərəfdaşlar arasında "World Vision, Compassion International və Samaritan’s Purse" kimi beynəlxalq fəaliyyət göstərən xristian humanitar təşkilatları da var.
Vəsait üç əsas istiqamətə yönəldiləcək: dini və icma əsaslı xəstəxana və klinikalar vasitəsilə səhiyyə xidmətlərinin göstərilməsi, hökumətlərarası ikitərəfli sazişlər çərçivəsində səhiyyə proqramlarının maliyyələşdirilməsi və humanitar yardım layihələrinin dəstəklənməsi.
ABŞ Dövlət Departamenti bu əməkdaşlığın səhiyyə və humanitar yardımların ehtiyacı olan icmalara daha effektiv çatdırılmasına kömək edəcəyini bildirib.






