Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova öz sosial media hesabında gündəmə gəlmək üçün mənasız müzakirələr yaradan və başqalarının qüsurlarını axtarıb, öz davranışlarını görməzdən gələn insanlar haqda paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"Bəzən özünü gündəmə gətirmək üçün mənasız və cılız söhbətlərə əl atan insanlar unudurlar ki, insanın səviyyəsi söylədiyi sözlərlə deyil, nümayiş etdirdiyi davranışlarla ölçülür.
Öz gözündə tir olduğu halda başqasının gözündə tük axtarmaq isə sadəcə öz qüsurlarını görməməzliyə vurmaqdır.
Əvvəl insan özünə baxmalı, sonra başqalarına irad tutmalıdır.
P.S: QHT sektorunun nüfuzuna xələl gətirənlər deyil, onun inkişafına töhfə verənlər bu sektorun həqiqi təmsilçiləridir".










