Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev öz sosial media hesabıbda “İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr olunan kitabların təqdimat mərasimindən paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimat mərasimində iştirak etdik. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Nəşrlər Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib. “İRS” silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin, tariximizin və zəngin irsimizin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.
22 dildə nəşr edilən "İRS” uzun illərdir “Azərbaycan. Dünya İrsi” devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərir".










