Günəş sistemini tərk edərək ulduzlararası fəzada hərəkətini davam etdirən aparat Yerdən bir işıq günü məsafəsinə yaxınlaşır.
Bir işıq günü işığın 24 saat ərzində qət etdiyi məsafədir və təxminən 26 milyard kilometrə bərabərdir. NASA-nın məlumatına görə, saatda təxminən 61 min kilometr sürətlə hərəkət edən “Voyager 1”in bu məsafəyə noyabrın 16-da Bakı vaxtı ilə 14:16-da çatacağı gözlənilir.
1977-ci ildə kosmosa göndərilən aparat indiyədək insan tərəfindən yaradılmış ən uzaq obyekt hesab olunur. O, Yupiter və Saturn planetləri, eləcə də onların peykləri haqqında mühüm məlumatlar toplayıb.
“Voyager 1” 2012-ci ildə Günəş küləyinin təsir dairəsinin xarici sərhədini keçərək ulduzlararası fəzaya daxil olub. Aparat hazırda da elmi məlumatları Yerə ötürməkdə davam edir.
NASA-nın “Voyager 2” aparatı da 1977-ci ildə kosmosa göndərilib. Onun isə 2035-ci ilin noyabrında Yerdən bir işıq günü məsafəsinə çatacağı gözlənilir.
Hər iki kosmik aparatın üzərində Yer kürəsi haqqında məlumatlar, müxtəlif dillərdə salamlamalar, musiqi nümunələri və təsvirlər olan qızıl disk yerləşdirilib. Bu disklər mümkün ağıllı həyat formalarına bəşəriyyət haqqında məlumat ötürmək məqsədilə hazırlanıb.
NASA-nın “Voyager 1” kosmik aparatı yeni tarixi mərhələyə çatmağa hazırlaşır

ReklamBurada sizin reklamınız ola bilər
QHT.az-ı Google-da seçilmiş mənbə kimi təyin edinQHT.az xəbərləri Google axtarış nəticələrində sizə öncəliklə təqdim olunacaq.Təyin et








