Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri axşam yeməyindən sonra hər gecə qəlyanaltı qəbul edir. 18-24 yaş arası şəxslərin isə beşdə dördü bu istəyin qarşısını ala bilmir.
QHT.az xarici mediaya istinaadən bildirir ki, dietoloq, doktor Kristine Beaulieu bildirir ki, yatmazdan əvvəlki iki saat ərzində qida qəbul etmək piylənmə ehtimalını artıra bilər.
Araşdırmalar göstərir ki, gün ərzində nə qədər qida qəbul etməyimizdən asılı olmayaraq, iştahımız axşam saatlarında təbii olaraq ən yüksək həddə çatır. Batan Universitetində orqanizmin qida və enerjini necə emal etdiyini araşdıran professor Ceyms Betts bunun əsas səbəblərindən birinin aclıq hormonunun günün sonuna doğru artması olduğunu bildirir.
Lakin bu zaman hansı qidaları seçdiyimiz də mühüm əhəmiyyət daşıyır. Zülal, lif və həcm baxımından zəngin qidalar insanın daha uzun müddət tox qalmasına kömək edir.
Professor Betts qeyd edir ki, qidalandırıcı və doyurucu axşam yeməyi yeməmək sonradan enerji azalmasına səbəb ola bilər. Bu isə qəlyanaltı qəbul etmək istəyini artırır.
Bəs yatmazdan əvvəl hansı sağlam qəlyanaltılara üstünlük vermək olar?
Mütəxəssislər meyvə, yoqurt və çərəz kimi sağlam qidaları əlçatan yerdə saxlamağı tövsiyə edirlər. Onların sözlərinə görə, şokolad da ara-sıra və ölçülü miqdarda qəbul edilə bilər.










