“İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi 2021-ci ilin yekunları bağlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas missiyası İnformasiya təşəbbüslərinə dəstək göstərməklə ictimai, sosial və humanitar sahədə davamlı inkişafın təmin edilməsinə yardım etməkdir.
Cəsarət Hüseynzadə qeyd edib ki, 2021-ci ildə təşkilat bir çox yeniliklərə imza atıb və uğurlu tədbirlər həyata keçirib.
Təşkilat eyni zamanda ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində öz fəaliyyətini inkişaf etdirir.
İctimai birliyin sədri vurğulayıb ki, 2021-ci ildə rəhbərlik etdiyi təşkilat bir çox dövlət qurumları və koalisiyalar ilə uğurlu əməkdaşlıq etmişdir.
2021-ci ilin yekunlarına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov, MG Consulting MMC-nin direktoru Məhəmməd Quluzadə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi ilə əməkdaşlığa və təşkilatın fəaliyyətinə verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif olunublar.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, MG Consulting MMC-nin direktoru Məhəmməd Quluzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı çıxışlarında təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, ictimai birliyinin vətəndaş cəmiyyəti sektorunda müsbət rolundan və həyata keçirdikləri uğurlu layihə və tədbirlərdən bəhs ediblər.
Çıxışçılar dövlət quruları ilə QHT-ərin əməkdaşlığının vacibliyini qeyd edərək, bu əməkdaşlığın inkişaf üçün körpü rolunu oynadığını qeyd ediblər.
Tədbirin sonunda təltif olunan şəxslərə Plaketlər təqdim olunub.












