Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib. Bu barədə  Məhkəmə Hüquq Şurasından məlumat verilib.

 

Məlumatda bildirilir ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub: "Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".

 

Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 13 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.