2023 TM3 göy cismi Yerin yanından saniyədə 11,51 km sürətlə keçəcək.
QHT.az xəbər verir ki, NASA-nın Yerə Yaxın Obyekt Tədqiqat Mərkəzinin məlumatına görə, bu gün Yer kürəsinin yanından 8 mərtəbəli bina boyda nəhəng asteroid keçəcək. O, Ayın yarısı qədər məsafədən keçəcək. 2023 TM3 adlanan asteroidin diametri 11-25 metrdir. Müqayisə üçün bu dəyər 8 mərtəbəli binanın hündürlüyü ilə müqayisə edilə bilər.
Qeyd edək ki, 2023 TM3-ün Yerdən 0,00111 astronomik vahid və ya təxminən 148 min kilometr məsafədən keçəcəyi gözlənilir. Maraqlıdır ki, Ay təxminən 356 min km məsafədə fırlanır.
Pərvanə Fərhadqızı












