Hindistanın paytaxtı Dehli şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yay mövsümü ilə bağlı ciddi narahatlıq qaldırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, şəhərdəki 24 sığınacaq yüksək temperatur şəraitinə hazır deyil. Bildirilir ki, bu məkanlarda havalandırma zəifdir, soyutma sistemləri kifayət etmir və bəzi əsas infrastruktur problemləri qalmaqdadır.
Rəsmi qurum Dehli Urban Shelter Improvement Board isə bu iddiaları təkzib edərək bildirib ki, artıq bütün problemlər aradan qaldırılıb və sığınacaqlar yay üçün tam hazır vəziyyətə gətirilib.
Mövzu ilə bağlı fərqli açıqlamalar isə real vəziyyətin necə olduğu ilə bağlı suallar yaradır və evsiz insanların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.
Piranə Xasiyeva






