Mütəxəssislər texnologiya və sosial mediadan həddindən artıq istifadənin “rəqəmsal piylənmə” adlı yeni təhlükə yaratdığı barədə xəbərdarlıq edirlər. Bildirilir ki, davamlı məzmun istehlakı həm zehni, həm də fiziki sağlamlığa ciddi təsir göstərə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, smartfon, sosial media və rəqəmsal platformalardan həddindən artıq istifadə diqqət dağınıqlığı, motivasiya azalması və sosial asılılıq yaradır.

Onun sözlərinə görə, internet olmadıqda narahatlıq hiss etmək, sosial medianı davamlı yeniləmək, serialları fasiləsiz izləmək və daim bəyənmə-şərhləri yoxlamaq rəqəmsal piylənmənin əsas əlamətləri hesab olunur.

Evcimen xüsusilə gənclərin və uşaqların risk altında olduğunu vurğulayıb. O qeyd edib ki, uzun müddət ekran qarşısında qalmaq boyun ağrıları, uyuşma və diqqət problemlərinə səbəb ola bilər.

Mütəxəssis rəqəmsal piylənmə ilə mübarizə üçün “rəqəmsal detoks” və “rəqəmsal pəhriz” tövsiyə edib. Lazımsız bildirişləri söndürmək, ekran vaxtını azaltmaq və müəyyən müddət cihazlardan uzaq qalmaq zehni sağlamlığın qorunmasına kömək edə bilər.

Piranə Xasiyeva