Son vaxtlar sosial mediada yayılan “dabana limon çəkmək” üsulu daban çatları və quruluq problemi yaşayanların diqqətini cəlb edir. Bir çox istifadəçi bu sadə üsulun dərini yumşaltdığını və sərtləşməni azaltdığını iddia edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, təbii turşuların təsiri
Mütəxəssislərə görə, limonun tərkibində olan təbii turşular ölü dərini yumşaltmağa kömək edə bilər. Bu isə qalınlaşmış daban dərisinin təmizlənməsini asanlaşdırır və müvəqqəti rahatlıq yarada bilər.

Necə tətbiq olunur? Metod olduqca sadədir: limon iki hissəyə bölünür və daban nahiyəsinə sürtülür. Bəzi hallarda isə daha güclü təsir üçün limon çəkildikdən sonra corab geyinilərək bir neçə saat saxlanılır.

Buna baxmayaraq, dermatoloqlar xəbərdarlıq edir ki, bu üsul hər kəs üçün təhlükəsiz deyil. Xüsusilə açıq yarası, dərin çatları və ya həssas dərisi olan şəxslərdə limon qıcıqlanma və yanma hissi yarada bilər.

Ekspertlər bildirir ki, bu kimi təbii üsullar yalnız yüngül hallarda kömək edə bilər. Davamlı və ciddi daban problemləri zamanı isə mütləq tibbi mütəxəssisə müraciət etmək lazımdır.

Piranə Xasiyeva