Ümumdünya Səhiyyə Təşkilatı gənclər arasında yuxu problemlərinin sürətlə artdığını bildirib. Araşdırmalar göstərir ki, xüsusilə yeniyetmələrin böyük bir hissəsi gündə tövsiyə olunan 8 saatlıq yuxunu ala bilmir.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər bunun əsas səbəbləri kimi telefon və sosial media istifadəsinin artmasını, stress və nizamsız gündəlik rejimi göstərirlər. Bildirilir ki, yuxu çatışmazlığı diqqət dağınıqlığı, yaddaş problemləri və psixoloji gərginliyə səbəb ola bilər.
Həkimlər tövsiyə edir ki, yatmazdan ən azı 1 saat əvvəl ekranlardan uzaq durmaq, sabit yuxu saatı formalaşdırmaq və kofein qəbulunu azaltmaq sağlam yuxu üçün vacibdir.
Sağlam həyat üçün düzgün yuxu qidalanma qədər önəmlidir və bu vərdiş gənc yaşlardan formalaşdırılmalıdır.
Piranə Xasiyeva






