Beynəlxalq alimlər tərəfindən aparılan yeni araşdırmaya görə, hər gün müntəzəm şəkildə gəzinti etmək ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər. Tədqiqatda minlərlə insanın həyat tərzi və sağlamlıq göstəriciləri uzun müddət ərzində izlənilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər müəyyən ediblər ki, gündə ən azı 30 dəqiqə orta tempdə yerimək qan dövranını yaxşılaşdırır və ürəyin fəaliyyətini gücləndirir. Bu isə yüksək təzyiq və infarkt kimi problemlərin qarşısını almağa kömək edir.

Araşdırma həmçinin göstərir ki, fiziki aktivlik yalnız fiziki sağlamlıq üçün deyil, həm də stressin azalması və psixoloji vəziyyətin yaxşılaşması üçün vacibdir.

Mütəxəssislər insanlara gündəlik həyatlarına sadə fiziki hərəkətləri daxil etməyi tövsiyə edirlər.

Piranə Xasiyeva