Microsoft 2024-cü il rəqəmsal təhlükəsizlik hesabatında kiberhücumların sayının əhəmiyyətli dərəcədə artdığı bildirilir.
QHT.az xəbər verir ki, hesabata görə, hər gün 600 milyondan çox Windows istifadəçisi kiberhücumlara məruz qalır. Süni intellektdən (AI) istifadə edərək ransomware, fişinq və şəxsiyyət oğurluğu kimi hücumlar daha da mürəkkəbləşib.
Microsoft qeyd edir ki, həm adi istifadəçilər, həm də dövlət qurumları və şirkətlər risk altındadır. Hakerlər dövlət aktorları ilə əməkdaşlıq edir və hökumət sistemlərinə, xüsusən də ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün istifadə edilir. Microsoft bu il 1,25 milyon DDoS hücumunun qarşısını alıb.












