Haitili fermerlər IDB-nin kənd təsərrüfatı proqramında daha çox söz sahibi olmaq istəyirlər
Haitidə ərzaq təhlükəsizliyi problemini həll etməyə yönəlmiş layihə icmaların layihələrin hazırlanması prosesindəki rolu ilə bağlı daha geniş suallar doğurur.
QHT.az xarici mediaya istinadən xəbər bildirir ki, Haiti-də kiçik təsərrüfatlarla məşğul olan fermerlər üçün 44 milyon dollarlıq kənd təsərrüfatı proqramı hazırlanır. Lakin minlərlə fermer onların rifahını yaxşılaşdırmağa yönəlmiş bu proqramın hazırlanmasında kifayət qədər söz sahibi olmadıqlarından narahatdır.
Haitidəki 85 vətəndaş cəmiyyəti təşkilatı Amerika Dövlətləriarası İnkişaf Bankının (IDB) rəhbərliyinə göndərdikləri son məktubda gələn ay təsdiq üçün idarə heyətinə təqdim olunacaq Haitinin şimal və şimal-şərqində davamlı kənd təsərrüfatı məhsuldarlığı proqramının hazırlanması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məktubda qeyd olunub: “Layihənin hazırkı dizaynının layihənin əsas benefisiarları olmalı olan kiçik fermerlərin mənalı töhfəsi və iştirakı olmadan hazırlanmasından narahatıq.”
Təşkilatların nümayəndələri əlavə ediblər ki, onların fikrincə, layihənin mövcud dizaynı Haitidə aclığın azaldılması məqsədilə yerli ərzaq istehsalının artırılmasına effektiv şəkildə nail ola bilməyəcək.
Zəhra Mansırova












