Apple şirkəti MacBook Pro noutbuk seriyası ilə bağlı yeni məhsul strategiyası üzərində işləyir. Şirkətin gələcəkdə bu seriyanı tamamilə toxunma ekranlı modellər ətrafında birləşdirməyi planlaşdırdığı iddia olunur.
Bloomberg-in tanınmış texnologiya analitiki Mark Qurmanın məlumatına görə, Apple yüksək seqmentli QHT.az xarici mediaya istinadən bildirir ki, MacBook Pro modellərində toxunma ekranına keçid etməyə hazırlaşır. Bu dəyişiklik baş verərsə, şirkətin ənənəvi, toxunma funksiyası olmayan modellərdən mərhələli şəkildə imtina etməsi mümkündür.
MacBook Pro seriyasında yeni dövr başlaya bilər
Apple-ın bu strategiyası noutbuk istifadəçilərinin cihazla qarşılıqlı əlaqə imkanlarını genişləndirməyə yönəlib. Toxunma ekranının tətbiqi istifadəçilərə bəzi əməliyyatları birbaşa ekran üzərindən yerinə yetirmək imkanı verə bilər.
Hazırda isə MacBook Pro modelləri əsasən klaviatura və trekpad vasitəsilə idarə olunur.
Şirkətin yeni yanaşması reallaşarsa, MacBook Pro seriyasında uzun illərdir qorunan ənənəvi istifadə təcrübəsi dəyişə bilər.
Bununla belə, toxunma ekranlı modellərin nə vaxt təqdim ediləcəyi və bütün MacBook Pro versiyalarının bu texnologiyaya keçib-keçməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.








