Naxçıvanda DOST mərkəzinin fəaliyyətə başlaması sosial xidmətlərin sakinlər üçün daha əlçatan, şəffaf və çevik formada təqdim edilməsinə imkan yaradacaq. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova da DOST layihəsinin Naxçıvan sakinləri üçün əhəmiyyətini yüksək qiymətləndirib.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib ki, DOST layihəsi vətəndaşlara göstərilən sosial xidmətlərin daha əlçatan, şəffaf və çevik formada təqdim olunmasına mühüm töhfə verir.
“DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. Bütün xidmətlərin “bir pəncərə” prinsipi əsasında Naxçıvan sakinlərinə rahat, şəffaf və çevik şəkildə təqdim edilməsi, şübhəsiz ki, vətəndaş məmnunluğunun artmasına səbəb olacaq”, – deyə Gülayə Səfərova QHT.az-a açqlamasında qeyd edib.






