QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti – 14-cü kulinariya təlimi keçirilib.

Növbəti təlim Avropa mətbəxi mövzusuna həsr olunub. Təlim zamanı iştirakçılara Avropa mətbəxinin əsas xüsusiyyətləri, yeməklərin hazırlanma texnologiyası və istifadə olunan məhsullar barədə nəzəri məlumatlar təqdim edilib.

Praktiki hissədə iştirakçılara nagisinn hazırlanması prosesi nümayiş etdirilib. Təlimçi tərəfindən xəmirin hazırlanması, məhsulların düzgün seçilməsi, hazırlanma ardıcıllığı, bişirmə qaydaları və təqdimat üsulları ətraflı izah olunub. İştirakçılar hazırlanma prosesində fəal iştirak edərək əldə etdikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq ediblər.

Təlimin əsas məqsədi layihə iştirakçılarının kulinariya sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif milli və beynəlxalq mətbəx nümunələrinin hazırlanması üzrə praktiki biliklərinin artırılması və gələcəkdə bu bacarıqların məşğulluq imkanlarına çevrilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində keçirilən kulinariya təlimləri iştirakçıların peşə bacarıqlarının artırılmasına, onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsinə və özünüməşğulluq potensialının gücləndirilməsinə xidmət edir.

Layihə çərçivəsində müxtəlif mətbəx istiqamətləri üzrə praktiki və nəzəri təlimlərin keçirilməsi davam etdirilir.